Nazir təhsil işçiləri ilə bağlı əmr imzaladı

31 Avqust, 2019 15:00 | Sosial | Baxış sayı: 188
Təhsil Nazirliyi
Təhsil Nazirliyi

2 gün ərzində konfransalar keçiriləcək

Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək. Bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Əmrə əsasən, təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Plenar müşavirələr 2-6 sentyabr 2019-cu il tarixlərində təşkil ediləcək. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub.

Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-dək başa çatacaq.