Nazirlik qoyun satmaq istəyənləri sevindirdi

31 Avqust, 2017 10:57 | Sosial | Baxış sayı: 135
Qoyun sürüsü
Qoyun sürüsü

Yarmarkalarda sahibkarlar da iştirak edə bilər

Kənd Təsərrüfatı Nazirliyi Qurban bayramı ilə bağlı sahibkarlara xəbərdarlıq edib. İstiPress-in məlumatına görə, Bakı şəhərinin yarmarkalarında yalnız Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfatlarda yetişdirilən  xırdabuynuzlu heyvanların satışına dair bəzi KİV-lərdə yayılan məlumatla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi sahibkarların nəzərinə çatdırır ki, Bakı şəhərinin 4 ünvanında ( Nərimanov rayonu,Əliyar Əliyev küç, Keşlə bazarının yanı, Xətai rayonu, “Nargilə” kafesinin yanı, Yasamal rayonu Şərifzadə küçəsi, “İdeal” şadlıq sarayının həyəti, Səbail rayonu Seymur Məmmədov küçəsi 8, parkın yanı) təşkil olunmuş Qurbanlıq heyvanların satış-yarmarkalarında nazirliyin tabeliyində olan təsərrüfatlarda yetişdirilən erkək xırdabuynuzlu heyvanların satışı ilə yanaşı həmin ərazilərdə, eyni zamanda Bakı şəhəri  və Bakı ətrafı qəsəbələrinin bir çox ərazilərində baytarlıq-sanitar normalara uyğun yerlərdə qurbanlıq heyvanların satışına və kəsiminə tam şərait yaradılıb. 

"Sahibkarları Bakı şəhəri və Bakı ətrafı qəsəbələrdə təşkil olunmuş ərazilərdə iri və xırdabuynuzlu heyvanların satışına dəvət edirik".