Dörd gün iş yoxdur

31 Avqust, 2017 07:26 | Sosial | Baxış sayı: 193
Təqvim
Təqvim

Sabah Qurban bayramıdır

Bu həftə qeyri-iş günlərinin sayı artıq olacaq. İstiPress-in məlumatına görə, Qurban bayramı ilə əlqədar olaraq sentyabrın 1-dən 5-dək tətildir. 

Nazirlər Kabinetinin məlumatına görə, bu il Qurban bayramı sentyabrın 1-2 nə təsadüf edir. Lakin ayın 2-i şənbə gününə təsadüf etdiyi üçün sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq. Əmək Məcəlləsinə əsasən, istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı növbəti iş gününə keçirilir.

Bayram namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

İş həftəsi isə sentyabrın 5-dən başlayacaq. 

Xatırladaq ki, Bakıda qurbanlıq heyvanlarının satışı üçün yarmarkalar da təşkil edilib. Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaq: 

Nərimanov rayonu

- Əliyar Əliyev küçəsi  26 Keşlə bazarının yanı;

Xətai rayonu

- "Nargilə" kafesinin yanı;

Səbail rayonu 

-Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 8 ( Parkın yanı )

Yasamal rayonu

- Şərifzadə küçəsi  196  "İdeal" şadlıq sarayının həyəti.