6880 abituriyent universitetdə oxumaq istəmədi

31 İyul, 2019 10:24 | Sosial | Baxış sayı: 94
İmtahan (Arxiv)
İmtahan (Arxiv)

Onlar elektron ərizələrini təqsdiq etməyiblər

İndiyədək ali məktəbə qəbul üçün ixtisas seçiminə buraxılan 6880 abituriyent elektron ərizəsini təsdiq etməyib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali məktəblərə qəbul olmaq istəyənlər üçün ixtisas seçimi 6 avqust saat 23.59-dək internet vasitəsilə aparılacaq.

I qrup 15101, II qrup üzrə 10166, III qrup üzrə 17465, IV qrup üzrə 4082 abituriyent olmaqla ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib. V ixtisas qrupu üzrə isə qabiliyyət imtahanları davam edir və hələlik 5044 abituriyent imtahanlardan məqbul qiymət alaraq ixtisas seçiminə buraxılıb. Həmçinin 14615 subbakalavr ali təhsil müəssiələrinə qəbul olmaq üçün qeydiyyatdan keçib.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.