“WhatsApp”da çoxdan gözlənilən funksiya istifadəyə verilib

31 May, 2018 16:44 | Sosial | Baxış sayı: 192
"WhatsApp"
"WhatsApp"

“WhatsApp” messencerində qrup şəklində ünsiyyət həvəskarları üçün çoxdan gözlənilən funksiya istifadəyə verilib.

İstiPress-in məlumatına görə, artıq messencer istifadəçiləri qrup şəklində səsli və videozənglər funksiyasından yararlanmaq imkanı əldə ediblər.

Məlumata görə, iki istifadəçinin başladığı söhbətə sonradan daha iki nəfəri əlavə etmək mümkündür. Bunun üçün danışıq rejimində ekranın sağ yuxarı küncündə yerləşən xüsusi işarənin üzərinə toxunmaq kifayətdir.

“WhatsApp”da qrup şəklində videodanışıq funksiyasından ilkin olaraq “iOS”, daha sonra “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğu sahibləri yararlanmağa başlayıb.