Sabah bu əyləncələr uşaqlar üçün pulsuz olacaq

31 May, 2018 09:42 | Sosial | Baxış sayı: 268
Pulsuz atraksion aksiyası
Pulsuz atraksion aksiyası

Aksiya saat 10:00-dan başlayacaq

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək.

Aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 13:00-dək Dənizkənarı Milli Parkda əyləncə vasitələrindən istifadə edə bilərlər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavilyonu, “Qorxulu Ev”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Mirvari” gəzinti gəmisi azyaşlılara ödənişsız xidmət göstərəcək.

İyunun 1-də və 2-də Heydər Əliyev Mərkəzinin parkında da “Uşaq festivalı” keçiriləcək. Tədbirdə Bakı və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak edəcək.

Festival hər iki gün saat 16:00-dan 19:00-dək davam edəcək.

Tədbir çərçivəsində müxtəlif əyləncə proqramları təqdim olunacaq. Uşaqlar Heydər Əliyev Mərkəzinin parkında quraşdırılan attraksionlarda, buz meydançasında əylənə, rəsm, musiqi proqramlarında və digər əyləncə növlərində iştirak edə, müsabiqələrdə yarışa biləcəklər.