Bakıda iki yol bağlanır

31 May, 2018 10:27 | Sosial | Baxış sayı: 50
Yol təmiri
Yol təmiri

Yollarda təmir başlayıb

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlumata görə, Sabunçu rayonu, Sabunçu yol qovşağından hava limanı istiqamətində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Buna görə sözügedən yollar boyu hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılır.

Sürücülərdən qeyd olunan müddət ərzində həmin istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.