Xalq artistinin qızı koronavirusa yoluxdu

31 Mart, 2020 11:08 | Sosial | Baxış sayı: 354
Koronavirus
Koronavirus

Vəfa Əliyeva işlədiyi poliklinikada virusa yoluxub

Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva koronavirusa tutulub. O, hazırda xəstəxanada karantin rejimindədir.

V.Əliyeva çox da yüksək olmayan temperatur və ara-sıra öskürək simptomları müşahidə etdikdən sonra koronavirus testindən keçib və testin nəticəsi pozitiv çıxıb.

Vəfa Əliyevanın ailə üzvləri də karantinə alınıb, onlar da koronavirus testindən keçiblər, analizlər götürülüb. Nəticələr hələ məlum deyil.

Qeyd edək ki, V.Əliyeva şəhər poliklinikalarının birində həkim işləyir. Onun məhz orada virusa yoluxduğu ehtimal edilir. /baku.ws/