Martın son günü qar yağdı

31 Mart, 2020 10:57 | Sosial | Baxış sayı: 146
Qarlı hava
Qarlı hava

Quba ağ örtüyə bürünüb

Martın son günü Azərbaycan qara bürünüb. İstiPress-in Şimal bürosunun məlumatına görə, qar Qubanın ucqar kəndlərinə düşüb. 

Quba Ərazi Hidrometerologiya müəsssisəsindən verilən məlumata görə, Qrız kəndinə 10 sm qar yağıb. Rayonun Dalıqaya kəndində də qarın yağması müşahidə olunub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, martın 31-də Azərbaycanın rayonlarında  arabir  yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.  Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.