Bakıdan Pirşağıya gedəcək qatarın sayı artır

31 Yanvar, 2020 12:36 | Sosial | Baxış sayı: 58
Bakı - Pirşağı qatarı
Bakı - Pirşağı qatarı

Gündə 15 qatar gedib-gələcək

Fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni cədvəl üzrə hərəkət edəcək. "Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, sərnişindaşımaya artan tələbatı təmin etmək məqsədi ilə həmin istiqamətdə hərəkət edən qatarların sayı artırılacaq.

Bir istiqamətdə 15 qatar olmaqla, hərəkət qrafikində dəyişiklik ediləcək. 

Hazırda isə gün ərzində bir istiqamətdə cəmi 8 qatar hərəkətdədir.