Yollar buz bağlayacaq - sürücülərə XƏBƏRDARLIQ

30 Dekabr, 2018 16:45 | Sosial | Baxış sayı: 163
Buz bağlamış yol
Buz bağlamış yol

Buna səbəb dekabrın 31-i və yanvarın 1-də gözlənilən qarlı havadır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi(ETSN) sürücülərə xəbərdarlıq edib. Nazirlik dekabrın 31-i axşam və yanvarın 1-də dağlıq və dağətəyi rayonlarda qarlı və şaxtalı hava şəraiti gözləndiyini açıqlayıb. 

Belə ki, hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq. Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmaq tövsiyə edilib.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazilriyi yeni il gecəsi gözlənilən hava şəraiti haqqında məlumat yayıb. Nazirlikdən İstiPress-ə verilən məlumata görə, yeni il gecəsi qarlı hava şəraiti Naxçıvan Muxtar Respublikasında, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Quba, Qusar, Şahdağ, Lerik, Yardımlı rayonlarında gözlənilir. Göstərilən rayonlarda havanın temperaturu 0-5 dərəcə şaxta, bəzi yerlərdə 8-13 dərəcə şaxta təşkil edəcək.