Metronun iş vaxtı uzadıldı

30 Dekabr, 2017 08:52 | Sosial | Baxış sayı: 70
Bakı metrosu
Bakı metrosu

Dəyişiklik ancaq bayram gününə aiddir

Bakı Metropoliteni iş qrafiki dəyişir. Qurumdan İstiPress-ə verilən məlumata görə, dekabrın 31-də "Bakı Metropoliteni" QSC-nin iş qrafiki fərqli olacaq. Bayram günü metro sərnişinlərə bir saat çox xidmət göstərəcək.

Xatırladaq ki, ilin son günü Dənizkənarı Milli Parkda gecə saat 00:00-da atəşfəşanlıq olacaq. Atəşfəşanlığa baxmağa gələn sərnişinləri mənzil başına çatdırmaq üçün metronun iş qrafiki 01:00-dək artırılıb.

Bayram günlərində Bakının ictimai nəqliyyat sistemində də dəyişiklik olacaq. Artıq daşıyıçılara göstəriş verilib. Bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar 31.12.2017 -  01-02.01.2018 tarixlərində gecə saat 01:00-ə qədər xidmət göstərəcək.