Azərbaycanın ən soyuq kəndi - FOTO

30 Noyabr, 2020 18:06 | Sosial | Baxış sayı: 270
Xınalıq kəndi
Xınalıq kəndi

Şimal bölgəsi yenidən ağ örpəyə bürünüb.

İstiPress-in şimal bürosunun məlumatına görə, bu gün Qubanın dağlıq ərazilərinə qar yağıb. Quba ərazi hidrometerologiya müəssisəsindən alınan məlumata görə, Qrız kəndunə 12, Xınalıq kəndinə isə 16 sm qar düşüb.

Havanın ən aşağı temperaturu Qrız kəndində olub: 5,3 dərəcə şaxta. Xınalıqda isə havanın temperaturu - 4,5 dərəcə olub. Fotolar Xınalıq kəndindəndir.