Rəislərin yeri dəyişdi

30 Oktyabr, 2019 11:15 | Sosial | Baxış sayı: 305
"Azəriqaz" İctimai Birliyinin binası
"Azəriqaz" İctimai Birliyinin binası

"Azəriqaz"dan qeyri-adi islahat

"Azəriqaz" şimal rayonlarında kadr dəyişikliyi edib. İstiPress-in Şimal bürosunun məlumatına görə, qurumun baş direktoru Əkbər Hacıyevin əmri ilə Xaçmaz regional qaz  idarəsinin Xaçmaz sahəsinin rəisi Elmir Camalov Şabran,  Quba sahəsinin rəisi Gülyar Hüseynov isə Xaçmaz rayonuna təyin edilib. Quba qaz istismarı sahəsinə isə Hüseyn Hüseynov rəhbərlik edəcək.

Şabran qaz sahəsinin rəisi Axundbala Həmidov Siyəzən rayonuna, Siyəzən sahəsinin rəisi Natiq Cəfərov isə Xızı rayon sahəsinə təyinat alıb. Əldə edilən məlumata görə, Xızı sahəsinin köhnə rəisi bir ay öncə bu rayona göndərilmişdi. 

"Azəriqaz"İB-nin mətbuat katibi Ceyhun Səfərov bu kadr dəyişikliklərinin sadəcə islahat xarakteri daşıdığını deyib. Onun sözlərinə görə, sadəcə Qubaya xidmət rəisi təyin olunan Hüseyn Hüseynov yenidir. Xızı sahəsinin rəisi Həmid Həmidova gəldikdə isə o. bu vəzifəni bir ay əvəz edib, indi o satış şöbəsində işləyəcək.