Leysan və dolu geri qayıdır - XƏBƏRDARLIQ

30 Oktyabr, 2017 12:46 | Sosial | Baxış sayı: 751
Yağışlı hava
Yağışlı hava

Temperatur ötən günlərlə müqayisədə 5° aşağı enəcək

Azərbaycanda oktyabrın son gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə,  oktyabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-22° isti, Bakıda gecə 15-17°, gündüz 19-21° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti  əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Axşam isə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15°, gündüz 18-23° isti, dağlarda gecə 4-9°, gündüz 11-16° isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, oktyabrın 31-i axşamdan noyabrın 2-si səhərədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.