Nazir işdən çıxardığı rəisləri əvəz etdi

30 Sentyabr, 2019 15:58 | Sosial | Baxış sayı: 229
Vilayət Eyvazov
Vilayət Eyvazov

Xaçmaz və Qusar Yol Polisi Bölməsinə yeni təyinatlar olub

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub. İstiPress-in Şimal bürosunun məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Qusar və Xaçmaz rayaonları ilə bağlı əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Qurban Əhmədov Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.

Ucar Dövlət Yol Polisi Bölməsinin rəisi Elnur Quliyev Xaçmazda analoji posta təyinat alıb. O, bu postda Elşad Nəbiyevi əvəz edəcək. E.Nəbiyev DİN rəhbərinin əmri ilə bu ayın əvəllində sərəncama göndərilmişdi.