Maşını olanların nəzərinə - "texosmotr" bahalaşdı

30 Sentyabr, 2019 14:50 | Sosial | Baxış sayı: 139
Nəqliyyat vasitələrinin texniki baxışı
Nəqliyyat vasitələrinin texniki baxışı

Deputatlar rüsumun artması haqqında dəyişikliyi dəstəkləyiblər

Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu artırıldı. Bu, artım "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

Qanun qəbul ediləcəyi halda, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.