Bu da yeni "Niva" - qiyməti açıqlandı

30 Sentyabr, 2017 13:43 | Sosial | Baxış sayı: 1041
"Lada"
"Lada"

Yeni model daha iri təkərləri ilə seçilir

Rusiya istehsalı olan, Azərbaycanda da kifayət qədər çox sevilən və alınan "Lada" ən bahalı yolsuzluq maşının (Niva) qiymətini açıqlayıb. İstiPress-in məlumatına görə, "AvtoVAZ"ın saytında kütləvi istehsalına başlanılan "Lada 4x4 — Bronto" haqında məlumat dərc edilib.

"Bronto"—"Rıs"in modernləşdirilmiş formasıdır. "Rıs" "Bronto" tərəfindən 2009-cu ildə istehsal edilib. 2012-ci ildə adıçəkilən şirkəti "AvtoVAZ"ın törəməsi olan "VİS-Avto" alıb. İndi "Ris" "Bronto" adı ilə satılır. "Lada"nın yeni model daha geniş təkərləri, gücləndirilmiş arxa körpüsü, daha güclü amartizatorlarları, ABS sistemi ilə fərqlənir.  

Maşın həmçinin kondisioner, oturacaq isidici, elektro güzgülər, böyük baqajla təhciz edilib. Qiyməti 679 min rubldan (təqribən 11,5 min dollar) 740 min rubla qədərdir. 

Əlavə ödəniş edərək maşında bəzi dəyişikliklər də etdirə bilərsiz. Məsələn, komuflyaj rənglənmə, kuzovu orginal plastik örtüklə qapamaq və s. 

Daha öncə "AvtoVAZ" "Lada Vesta"nın qiymətini müəyən etmişdi. "Lada Vesta SW" 1,6 litrlik mühərriklə, mexaniki ötürmə qutusu ilə təhciz olunub.