Rusiyada təyyarə məcburi eniş etdi - 2 ölü, 5 yaralı

30 Avqust, 2019 18:59 | Sosial | Baxış sayı: 157

Qəza enişi zamanı yerdə xəsarət alan olmayıb

Yakutiyada An-2 təyyarəsi məcburi eniş edib.

İstiPress “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Hadisə Silyan-Kyuel gölü yaxınlığında baş verib. Qəza enişi zamanı yerdə xəsarət alan olmayıb. Laynerin yaralı sərnişinləri Yakutiya klinikasına yerləşdirilib.

Hazırda qəzanın səbəbləri araşdırılır.