Yayın son günü hava necə olacaq?

30 Avqust, 2017 11:14 | Sosial | Baxış sayı: 238
Hava
Hava

Bəzi yerlərdə temperatur 38 dərəcəyə çatacaq

Yayın son gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, avqustun 31-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 23-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.