Azərbaycandan yığışdırılmaq istəyən "Uber"ə yeni direktor FOTO

30 Avqust, 2017 10:55 | Sosial | Baxış sayı: 199
"Uber"ə rəqib gəlir
"Uber"ə rəqib gəlir

Erməni olacağı deyilən direktor iranlı ilə əvəz edilib

Azərbaycanda geniş istifadə edilən taksi xidməti - "Uber"ə yeni rəhbər təyin edilib. İStiPress-in məlumatına görə, taksi sifarişi üzrə onlayn xidmət "Uber"  yeni icracı direktorun təyinatı barədə rəsmi məlumat yayıb. Şirkətə Dara Xosrovşahi rəhbərlik edəcək. O, daha öncə səyahət bronlaşdırlması şirkəti olan "Expedia"da çalışıb. 

"Biz "Uber"in direktorlar şurasının yekdil olaraq Xosrovşahinin icracı direktor təyin edilməsi üçün səs verildiyini elan etməkdən məmnunuq". 

O, 9 yaşı olanda İrandan ailəsi ilə ABŞ-a köçüb. Nyu-Yorkda böyüyüb və Braun universitetində təhsil alıb. Yeni direktor bu gündən işinin icrasına başlayacaq. 

Daha öncə "Uber"in yaradıcısı Tervis Kalanik bir sıra qalmaqallara görə direktor postunu tərk etməli olub. 

Adıçəkilən şirkət dünyanın ən məşhur onlayn taksi sifarişi xidmətlərindən biri ilə məşğuldur. "Uber" 2009-ci ildə Kalanik və Qaret Kemp tərəfindən yaradılıb, baş qərargahı San Fransiskoda yerləşir. Bu gün "Uber" dünyanın 100-dən artıq şəhərində xidmət göstərir. 

Qeyd edək ki, bir müddət öncə "Yandeks" və "Uber"in taksi xidmətlərinin birləşdiriləcəyi və fəaliyyəti Azərbaycan da daxil olmaqla bir neçə MDB ölkəsini əhatə edəcək yeni qurumun rəhbərliyinə erməni əsilli Tiqran Xudaverdiyanın gətiriləcəyi bildirilirdi. T.Xudaverdyan Erməni diasporuna ən çox maliyyə yardımı edən iş adamlarından biri hesab edilir. Bu məlumatdan sonra adıçəkilən şirkətin xidmətindən istifadənin dayandırılması məsələsi də gündəmə gəlmişdi. 

Dara Xosrovşahi
Dara Xosrovşahi