Keçmiş baş epidemioloq İbadulla Ağayevin qardaşı koronavirusdan öldü

30 İyul, 2020 16:36 | Sosial | Baxış sayı: 79
Koronavirus
Koronavirus

Ölkənin sabiq baş epidemioloqu İbadulla Ağayevin qardaşı Əlifağa Ağayev koronavirusdan dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova  xəbəri təsdiqləyib.

Bildirib ki, 61 yaşçl Əlifağa Ağayev 1 saylı Klinik Tibbi Mərkəzdə (“Semaşko”) müalicə alırmış. O, bu gün vəfat edib. Mərhum universitetlərin birində müəllim işləyirmiş.