Bayramda rayonlara kim gedə bilər? - RƏSMİ

30 İyul, 2020 16:55 | Sosial | Baxış sayı: 197
Karantin rejimi
Karantin rejimi

"Rayon qeydiyyatı olan vətəndaşlar bölgələrə gedərlərsə, onlar yenidən Bakıya buraxılmayacaqlar".

İstiPress-in məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Kamran Əliyev bildirib.

DYP rəsmisi deyib ki, karantinin məqsədi təması azaltmaq, yoluxmanı minimuma endirməkdir.

"Onlar anlamalıdırlar ki, insanların sağlamlığı təhlükə altında ola bilər. Hər kəs yaşadığı olduğu yerdə qalmalıdır. Əlbətdə kiminsə işi bağlanıb, qalmağa yeri yoxdursa qeydiyyatda olduğu rayona gedə bilər. Amma onlar bilməlidirlər ki. karantin rejimi bitənə qədər geri qayıda bilməyəcəklər. Bəziləri düşünməsin ki, ayın 5-dən sonra - sərt karantin rejimi bitərsə paytaxta girişə icazə veriləcək. xeyr. çünki ölkə ərazisində ümumi karantin rejimi avqustun 31-dək davam edəcək".

Qurum rəsmisi Bakı qeydiyyatında olanlara da bayram günlərində ümumiyyətlə paytaxtdan çıxmağa cəhd etməməyi məsləhət görüb: "Onlar ümumiyyətlə gedə bilməzlər. Ən yaxın post 31 km, ən uzaq isə 65 km aralıdadır. Bu qədər yolu gedib geri qayıdacaqlar".