Bakıda koronavirusa ən çox yoluxan rayonlar – SİYAHI

30 İyul, 2020 11:29 | Sosial | Baxış sayı: 97
Bakıda karantin
Bakıda karantin

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

İstiPress "koronavirus.info"ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.0 faiz, Xətaidə 12.3 faiz, Sabunçuda 11.9 faiz, Yasamalda 11.8 faiz, Nəsimidə 9.3 faiz, Nərimanovda 8.2 faiz, Suraxanıda 8.2 faiz, Nizamidə 7.4 faiz, Qaradağda 7.3 faiz, Xəzərdə 4.7 faiz, Səbaildə 4.4 faiz, Pirallahıda  0.3 faiz təşkil edib.