Azərbaycanda aktiv koronavirus xəstəllərinin sayı xeyli azaldı

30 İyul, 2020 17:21 | Sosial | Baxış sayı: 165
Koronavirus
Koronavirus

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İstiPress-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 168 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib, 5 951 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Bir gün öncə aktiv xəstə sayı  6288 idi. Yəni 337 nəfər azalma olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 532, ötən müddət ərzində isə ümumilikdə 717 164 test aparılıb.