Rusiyadan gələn azərbaycanlılardan analiz götürdülər

30 İyun, 2020 15:57 | Sosial | Baxış sayı: 115
Koronavirus müayinəsi
Koronavirus müayinəsi

Bu gün Rusiyadan gələn daha 250 nəfər Azərbaycana gətirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Qusarın Azərbaycan-Rusiya sərhədindəki Samur buraxılış məntəqəsindən ölkəyə gələn vətəndaşları şimal sərhədçiləri və TƏBİB-in Qusar və Xaçmaz rayonları üzrə Publik Hüquqi şəxsin Baş direktorları Mübariz Zeynalov və Səyyaf Tağıyev qarşılayıb.

Qusar rayon mərkəzi xəstəxanasının tibbi personalı Azərbaycana gələn vətəndaşlarımızdan koronavirus pandemiyasına görə lazımi analiz götürüblər.

Soydaşlarımız FHN-nin Samur buraxılış məntəqəsində quraşdırılmış qəbul məntəqəsində karantinə alınıblar.