Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub, 1 nəfər ölüb

30 İyun, 2020 16:26 | Sosial | Baxış sayı: 55
Koronavirus
Koronavirus

“Azərbaycanda da jurnalistlər sırasında COVID-19-a yoluxma halları var. Əvvəllər yoluxanlar arasında bircə nəfər də olsa, mətbuat nümayəndəsi yox idisə, bu gün durum pisləşib”.

İstiPress-in məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

O bildirib ki, bu günə olan məlumata görə, ölkədə 18 jurnalist koronavirusa yoluxub, onlardan biri dünyasını dəyişib.