İstirahət günü havada çox qalmayın - XƏBƏRDARLIQ

30 İyun, 2018 14:04 | Sosial | Baxış sayı: 101
Çimərlik
Çimərlik

Temperatur 41 dərəcəyə çatacaq

İstirahət günü gözlənilən hava ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 2-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-41° isti olacağı gözlənilir.

Qeyd olunub ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün  risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Abşeron çimərliklərində davam edən anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.