Bu ölkədə Həcc ziyarəti qadağan olunur

30 İyun, 2017 09:38 | Sosial | Baxış sayı: 326
Məkkə şəhərində Həcc ziyarətgahı
Məkkə şəhərində Həcc ziyarətgahı

Kommunal borcları olan şəxslər ziyarətə gedə bilməyəcək

Özbəkistanda kommunal borcları olan şəxslərə Həcc ziyarəti qadağan olunub. İstiPress rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Daşkəndin imamı Ənvər Tursunov məlumat verib.

Ənvər Tursunovun sözlərinə görə, borclu olan şəxs bir sum belə borcu varsa, o ziyarətə gedə bilməz.

"İslamda borc mühüm məsələlərdən biridir. Belə ki, o, Həccə getsə belə, onun ziyarəti qəbul olunmayacaq. Biz bir damcı suya görə Allah qarşısında cavabdehik. Bunu hər bir müsəlman dərk etməlidir" - İmam belə deyib.