Tramp ABŞ-ın ÜST-lə bütün əlaqələrini dayandırdı

30 May, 2020 12:27 | Sosial | Baxış sayı: 94
Donald Tramp
Donald Tramp

Amerika Birləşmiş Ştatları Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ayrılması nəzərdə tutulan vəsaiti digər səhiyyə təşkilatlarına yönlədirəcək.

İstiPress-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə bütün əlaqələrinə son qoyur. Çünki, ÜST-nin rəhbərliyi ABŞ hökumətinin israr etdiyi islahatları həyata keçirməkdən imtina edib. Vaşinqton təşkilata il ərzində ayırdığı təxminən 450 milyon ABŞ dolları həcmində vəsaiti digər ehtiyaclara yönəltmək niyyətindədir”, - deyə, Tramp bildirib.