Bölgələrdə küləyin sürəti, Xəzərdə dalğanın hündürlüyü artıb

30 May, 2020 16:49 | Sosial | Baxış sayı: 115
Xəzər - neft quyusu
Xəzər - neft quyusu

Saat 16:00-a olan məlumata əsasən şimal-qərb küləyi Neftçalada 20 m/s, Tərtərdə 18 m/s, Xaçmazda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıtda 28 m/s, Qum adasında 26 m/s, Maştağada 25 m/s, Binədə 23 m/s, Çilov adası, Pirallahıda 20 m/s, Zabratda 18 m/s, Neft Daşlarında 22 m/s-dək güclənib.

İstiPress-in məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.