Diqqət! - Sabahdan 150 manat cərimələnə bilərsiz

30 Aprel, 2018 15:30 | Sosial | Baxış sayı: 330
"Ştorka"
"Ştorka"

"Ştorka" mövsümü açılır

Sabahdan başlayaraq avtomobillərdə "ştorka" və jalüzlərin istifadəsinə icazə veriləcək. 

İsti hava şəraiti ilə əlaqədar may ayının 1-dən idarə edilən avtomobilin, yüngül minik avtomobillərinin arxa sağ-sol qapılarının şüşələrinə sənaye üsulu ilə hazırlanmış və standartların tələblərinə uyğun olan "ştorka" və jalüzlərin quraşdırılaraq idarə edilməsinə icazə verilir. Standartların tələblərinə uyğun olmayan rəngli, güzgü, buqələmun tipli şüşələrin avtomobillərə quraşdırılaraq idarə edilməsi inzibati məsuliyyət yaradır. 

Tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunacaqlar. "Ştorka" və jalüzlərdən istifadə 15 noyabr tarixinə qədər qüvvədə olacaq.

Qeyd edək ki, avtomobilin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan və kustar üsulla hazırlanan pərdə, jalüz, plyonkalar inzibati məsuliyyət yaradır.