Bakıda 17 avtobus sabahdan...

30 Aprel, 2018 10:29 | Sosial | Baxış sayı: 86
“BakuBus” avtobusları
“BakuBus” avtobusları

Bağlanan marşrut da açılır

Bakıda keçirilən "Formula 1" yarışlarına görə yolu dəyişidirlən avtobusların hərəkət sxemi bərpa edilir. Bakı Nəqliyyat Agentliyindən İstiPress-ə verilən məlumata görə, söhbət 17 marşrut xəttindən gedir.

Qran Pri zamanı ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə hərəkət sxemi müvəqqəti dəyişdirilən 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobuslar 01.05.2018 tarixindən əvvəlki rejimdə fəaliyyət göstərəcək.

Fəaliyyəti müvəqqəti dayandırılan 125 nömrəli marşrut xətti üzrə də avtobuslar 01.05.2018 tarixindən sərnişinlərimizə xidmət göstərəcək.