Bakı-Vyana sərnişin qatarı yaxın zamanlarda işə düşəcək

30 Aprel, 2018 16:52 | Sosial | Baxış sayı: 334

Gələn aydan Bakı - Tbilisi - İstanbul - Aleksandrupolis - Vyana marşrutu üzrə sərnişin qatarı işləyəcək.

İstiPress-in məlumatına görə, Azərbaycan bu dəmir yolu reysinin reallaşdırılması üçün İsveçrənin "Stadler" şirkətindən 64 vaqon alıb.

Vaqonlarda hər cür şəraitin yaradıldığı, qatarlarda restoran və bar üçün ayrıca vaqonların olacağı bildirilir.