Səhiyyə Nazirliyindən spirt xəbərdarlığı

30 Mart, 2020 15:15 | Sosial | Baxış sayı: 203
Spirt
Spirt

Yalnız dezinfeksiya etmək olar

Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur.

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciətində bildirilib.

"Adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir".

Mərkəz əhalini bu məsələdə diqqətli və ehtiyatlı olmağa çağırıb.