Koronavirusun indiyə kimi bilinməyən əlaməti üzə çıxdı

30 Mart, 2020 14:50 | Sosial | Baxış sayı: 382
Koronavirus
Koronavirus

Gözlərinizə diqqətlə baxın

Qızdırma, öskürək, nəfəs darlığı - dünyanı cənginə alan, onminlərlə insanın ölümünə yol açan koronavirusun əsas əlamətləri hesab edilir. Amerikalı elm adamları COVİD-19-un daha bir əlamətini kəşf ediblər. Aparılan araşdırmaya görə, xəstələrin çoxunda göz ağının iltihablanması müşahidə edilir.

Amerika Oftalmolojiya Akademiyası apardıqları araşdırmalardan sonra bu qənaətə gəlib ki, çəhrayı göz kimi tanınan konyunktivit diqqətə alınması gərəkən bir əlamətdir. ABŞ-da koronavirus diaqnozu qoyulan hər 30 xəstədən birində məhz gözlərdə bu problem müşahidə olunub.

Mütəxəssislər göz iltihabı ilə yanaşı, nəfəs daralığı yaşayanların da dərhal koronavirus təhlükəsi ilə bağlı həkimə müraciət etməli olduğunu deyirlər.