Ölü qadın uşaq doğdu

30 Mart, 2019 10:25 | Sosial | Baxış sayı: 147
Doğuş
Doğuş

Onun hamiləliyi iki ay süni nəfəs aparatında davam etdirilib

Kliniki ölüm keçirn qadın bu hadisədən iki ay sonra uşaq dünyaya gətirib. Yəni faktiki olaraq ölən qadın ana olub. Hadisə Portuqaliyada qeydə alınıb.Həkimləri belə şoka salan qadın idmançı olub. 

Astması olan 26 yaşlı Katarina Sekeqra 19 həftəlik hamilə halda xəstəxanaya düşüb. Bir müddət süni komada saxlanılan qadını xilas etmək mümkün olmayıb. Həkimlər onun beyin ölümünün baş verdiyini elan ediblər. Lakin onun bətnindəki övladı nəfəs almağa davam edib. Bunun üçün də onlar qadını süni tənəffüs aparatına qoşublar. 

İki aydan artıq müddətdə onlar vəziyyəti nəzarətdə saxlayıblar. 32-ci həftədə isə məcburi şəkildə qeysəriyyə əməliyyatı etməyə qərar veriblər. Bundna bir necə saat sonra süni nəfəs aparatı söndürülüb. 

Həkimlərin sözlərinə görə, Salvador adlandırılan uşaq 1 kq 700 qram çəkidə dğulub. Lakin o tamamilə sağlamdır.