Şeyxdən müsəlmanlara çağırış - Qarabağ üçün birlik

30 Yanvar, 2018 11:30 | Sosial | Baxış sayı: 116
Hacı Allahşükür Paşazadə - Bütün Qafqazın Şeyxi
Hacı Allahşükür Paşazadə - Bütün Qafqazın Şeyxi

"Barışın qapısı, barışın açarı Qüdsdür"

"Azərbaycan Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla məsələnin iki dövlət arasında həllinin tərəfdarıdır. Biz müsəlman coğrafiyasında sevgi və barışın tərəfdarıyıq. Ölkəmizin Fələstin Dövlətinə hümanitar yardımı və mənəvi dəstəyi bundan sonra da davam edəcək”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçirilən “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” adlı beynəlxalq konfransda bildirib. O, qeyde dib ki, Azərbaycan İslam dünyasının bir parçasıdır və müsəlman ölkələrində baş verən mənfi proseslər, tendensiyalar bizim üçün də narahatlıq doğuran amillərdəndir.

A.Paşazadə müsəlmanların haqlı müdafiəsinə qalxan Türkiyə hökümətinə minnətdar olduğunu da qeyd edib. " Səmavi dinlər üçün müqəddəs sayılan və ilk qibləgah olan Qüdsün problemi hər bir müsəlmanın və bütün müsəlman coğrafiyasının problemidir. Barışın qapısı, barışın açarı Qüdsdür və bu problemi birlik, bərabərlik içində yoluna qoymalıyıq.

Dağlıq Qarabağ münaqişəsi də müsəlman coğrafiyasında hələ də həllini gözləyən böyük münaqişə ocaqlarından biridir. Biz Avropa və Qərb dövlətlərinin müsəlman ölkələrində baş verənlərə münasibətdə ikili standartlara yol verdiyini görürük. Burada hansı ədalətdən söz gedə bilər?! Azərbaycan torpaqları onun xalqına məxsusdur və Dağlıq Qarabağ probleminin həlli üçün müsəlman coğrafiyasını birliyə çağırırıq”.