Sükan arxasında söhbətə görə məsuliyyət ləğv edildi

29 Dekabr, 2017 19:19 | Sosial | Baxış sayı: 67
Sürücü
Sürücü

Sürücülərin avtomobildə olan sərnişinlərlə söhbət etdikləri üçün inzibati məsuliyyətə cəlb etməsi halları kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirələrə və əhalinin haqlı narazılığına səbəb olmuşdu.

İstiPress-in məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 342.1.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak xəta hesab edilirdi.

Bu gün Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış qanuna əsasən bu maddə İnzibati Xətalar Məcəlləsindən çıxarılıb.