Prezident "Yanardağ"a getdi, narazı qaldı FOTO, YENİLƏNİB

29 Dekabr, 2017 15:05 | Sosial | Baxış sayı: 394
Prezident "Yanardağ"da
Prezident "Yanardağ"da

İlham Əliyev bayramqabağı 21 min adamı sevindirdi

Abşeron rayonuna səfər edən prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olub.  Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Qeyd etdi ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.

Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verdi ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.

Saat 11:17

Prezident Abşeron rayonuna gedib. İstiPress-in məlumatına görə, İlham Əliyev dekabrın 29-da Abşeron rayonunun Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib.

Abşeron rayonunda 21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad–Digah–Məmmədli avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyevin 2017-ci il 9 iyun tarixli Sərəncamına əsasən 2,5 milyon manat vəsait ayrılıb. Tikinti işləri qısa müddətdə və yüksək səviyyədə həyata keçirilib. Yolun uzunluğu 9 kilometrə yaxındır. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib. Tikintidən sonra yolun hərəkət hissəsi 7-8 metrə qədər genişləndirilib.