Avtobusların iş saatı dəyişdi

29 Dekabr, 2017 15:17 | Sosial | Baxış sayı: 90
BakuBus
BakuBus

BNA bayram günlərində gəzintiyə çıxanları nəzərə aldı

Bayram günlərində Bakının ictimai nəqliyyat sistemində dəyişiklik olacaq. Nəqliyyat Agnetliyindən İstiPress-ə verilən məlumata görə, bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.

BNA-nın göstərişinə əsasən bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar 31.12.2017 -  01-02.01.2018 tarixlərində gecə saat 01:00-ə qədər xidmət göstərəcək.