Diaqnostik qiymətləndirilmənin proqramı açıqlandı CƏDVƏL

29 Noyabr, 2019 10:42 | Sosial | Baxış sayı: 1959
İmtahan verən müəllimə
İmtahan verən müəllimə

İmtahan verənlərə 60 sual, 90 dəqiqə veriləcək

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirilməyə cari ilin dekabr ayında start veriləcək.

Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramını diqqətinizə çatdırırıq.