Masazırda yaşayanlara müjdə

29 Oktyabr, 2019 10:04 | Sosial | Baxış sayı: 163
Avtobus
Avtobus

Pik saatlarda hrç kim yolda qalmayacaq

Masazır sakinləri artıq yollarda qalmayacaqlar. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib. Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın sözlərinə görə,  qəsəbəni Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569, Xırdalan şəhəri ilə əlaqələndirən 535 saylı marşrut xətləri mövcud olsa da, əsas yük 525 saylı marşrut xəttinin üzərinə düşür.

Bu səbəbdən sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı qarşısında tələb qoyub: “Buna uyğun olaraq həmin xətt üzrə 20 yeni avtobus dekabr ayında istifadəyə veriləcək. Bu avtobuslar 525 saylı marşrut xəttinə əlavə olunduqdan sonra pik saatlarda yaranan problem əsaslı şəkildə azalacaq”.