Hərəkətdə olan teplovoz yandı

29 Oktyabr, 2019 18:56 | Sosial | Baxış sayı: 111
fhn
fhn

Hadisə yerinə Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub

Şabranda yanğın faktı qeydə alınıb. 

İstiPress-in  şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabran şəhəri Nizami küçəsində, Biləcəri Lokomotiv Deposuna məxsus "TEM-27661" markalı teplovozunda baş verib. Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 

Yanğın söndürülüb və daha geniş əraziyə keçməsinin qarşısı alınıb.