Dənizdə partlayış - 1 ölü, 3 yaralı

29 Oktyabr, 2019 18:24 | Sosial | Baxış sayı: 261

Partlayıcı maddəni təyinat nöqtəsinə aparan qayıqda baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata görə, Bakı şəhərinin Pirallahı rayonunda, dənizdə seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

İstiPress nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən müvafiq işlər aparılır.

Əlavə məlumat veriləcək.