Azərbaycanda 6 barmağı olan uşaq əməliyyat olundu - FOTO

29 Sentyabr, 2017 18:08 | Sosial | Baxış sayı: 156
Azərbaycanda 6 barmağı olan uşaq əməliyyat olundu
Azərbaycanda 6 barmağı olan uşaq əməliyyat olundu

Gələcəkdə hərəkət pozğunluğuna səbəb ola bilərdi

Azərbaycanda əl və ayağında 6-cı barmağı olan uşaq əməliyyat olunub.

İstiPress medicina.az-a istinadən xəbər verir ki, polidaktiliya - çox barmaqlılıq diaqnozu ilə 1 yaşlı uşağın həm ayaq, həm əl barmaqlarında artıq olan 6-cı barmaq ləğv olunub.

Uşaq cərrahı Toğrul Ömərov əməkdaşımızla söhbətində bu halın uşaqda estetik qüsur yaratmaqla yanaşı, həmin barmaqların əsas sümüyü olmadığından heç bir funksiya yerinə yetirməyəcəyini və gələcəkdə hərəkət pozğunluğuna səbəb olacağını bildirib.