Rayon sakini Kürdə boğuldu

29 Avqust, 2019 18:47 | Sosial | Baxış sayı: 51
Kür çayı
Kür çayı

Nəzarətsiz ərazidə baş verib

Kür çayında 40 yaşlı kişi batıb.

İstiPress-in məlumatına görə, hadisə Kür çayının Yevlax şəhərindən keçən hissəsində, nəzarətsiz ərazidə baş verib.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Abdullayev Seymur Bayram oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.