Müəllimlərin imtahan cavabaları bilindi

29 Avqust, 2017 10:00 | Sosial | Baxış sayı: 507
Müəllimlərin işə qəbulu
Müəllimlərin işə qəbulu

İş tapanların sentyabrın 5-dək vaxtı var

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb. Təhsil Nazirliyindən İstiPress-ə verilən məlumata görə, namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib. Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər  sentyabrın 5-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Müvafiq keçid balını toplayan, lakin  müsahibə mərhələsindən keçməyən namizədlər 5-7 sentyabr tarixlərində  keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər  29-30 avqust tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) zəng edə, office@edu.gov.az və Vətəndaşların Qəbulu Mərkəzi vasitəsi ilə qeydiyyatdan keçə bilərlər. 

Apellyasiyanın keçiriləcəyi vaxt və yer barədə məlumat namizədin şəxsi səhifəsinə göndəriləcək.