Məhərrəm ayı nə vaxt başlayır?

29 Avqust, 2017 10:55 | Sosial | Baxış sayı: 6219
Məhərrəm ayı
Məhərrəm ayı

Aşuranın da tarixi açıqlanıb

Bu il Məhərrəm ayının başlanma və Aşura gününün tarixi məlum olub. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqvimə əsasən bu il Məhərrəm ayı sentyabrın 22-də başlayır.

Aşura günü isə oktyabrın 1-ə təsadüf edir. Bildirilir ki, ənənəvi olaraq Azərbaycanda Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

Bununla bağlı QMİ Qazılər Şurasının fətvası da olacaq. 

Bu il Qədir-Xum bayramı isə sentyabrın 9-da qeyd ediləcək. /APA/