Bakıda Qurban yarmarkaları - ÜNVAN

29 Avqust, 2017 14:52 | Sosial | Baxış sayı: 196
Qoyun sürüsü
Qoyun sürüsü

Yarmarkalarda ilk dəfə olaraq nazirliyin tərkibindəki MMC-lərdə yetişdirilən heyvanlar satışa çıxacaq

Bakıda qurbanlıq heyvanların satılacağı ünvanlar məlum olub. Kənd Təsərrüfatı Nazirliyindən İstiPress-ə verilən məlumata görə, sentyabr ayının 1-də səhər saat  9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə nazirlik İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı  şəhərində  təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.

Yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan DKTİM MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.

Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaq: 

Nərimanov rayonu

- Əliyar Əliyev küçəsi  26 Keşlə bazarının yanı;

Xətai rayonu

- "Nargilə" kafesinin yanı;

Səbail rayonu 

-Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 8 ( Parkın yanı )

Yasamal rayonu

- Şərifzadə küçəsi  196  "İdeal" şadlıq sarayının həyəti.